“Zülmətdə nur” Bakı tamaşaçıları üçün...


Kriminal 09 Okt 2018 17:58:00 253 0

“Zülmətdə nur” Bakı tamaşaçıları üçün...

Özünün 50 illiyini qeyd etməyə hazırlaşan Sumqayıt  Dövlət Dram Teatrı yubiley ərəfəsində- oktyabrın 8-də N.Muradoğlunun  "Zülmətdə nur" tamaşası ilə paytaxt tamaşaçıları ilə görüşə gəlmişdi. 

Son.az xəbər verir ki, əsər 37-ci ilin repressiyalarının qurbanı olmuş filosof-şair, dramaturq  Hüseyn Cavidin faciəli həyatını əks etdirir. Eyni zamanda süjet xəttində Cavidin müasirləri, əqidə və qələm dostları Əhməd Cavad, Mikayıl Müşfiq və onların ailələrinin əzablı anları təsvir olunur. Tamaşanın quruluşçu rejissoru xalq artisti Firudin Məhərrəmovdur. 


Xəbərə aid fotolar