“Payız Əfsanələri” adlı Beynəlxalq İncəsənət Müsabiqəsi keçiriləcək


Kriminal 09 Okt 2018 17:46:00 1708 0

“Payız Əfsanələri” adlı Beynəlxalq İncəsənət Müsabiqəsi keçiriləcək

" Payız Əfsanələri " - adlı Beynəlxalq İncəsənət Müsabiqəsi - Festivalı!

Son.az xəbər verir ki, 21 oktyabr Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında , "Payız Əfsanələri" adlı Beynəlxalq İncəsənət Müsabiqəsi keçiriləcək.

Təşkilatçılar:  Azərbaycan Gənclər İttifaqıdır (AGİ) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. Qeyd etmək lazımdır ki, yarışmanın keçirilməsində məqsəd istedadlı uşaqlar və gənclərlə tanışlıq, onları tapmaq, üzə çıxartmaqdır. Həmçinin regionlarda olan istedadlı gənclərin tanıtımıdır. Gürcüstandan və Rusiyadan gələn qrupların vokal və xoreoqrafik çıxışları gözlənilir.   "Payız Əfsanələri" yarışmasında bir neçə janrlarda iştirakçıların çıxışları gözlənilir. Bu janırlar: 1 - folklor, 2- klassik, 3- Estrada , incəsənətin bir neçə növləri - mahnı, teatr, vokal, bədii qiraət, xoreoqrafiya. 4- yaşdan başlayaraq hər bir kəs yarışmada iştirak edə bilər. İştirakçılar yaş kateqoriyalarına bölünürlər. Baby (4-7 yaş), uşaq ( 7-10 yaş ), yunior ( yeniyetmələr  11-15 yaş), ergin ( böyüklər 16 yaşdan yuxarı).

Hər bir janırda bu kimi nominasiyalar var: solo, duet, kiçik qruplar və ansambılar.

Obyektivlik və dürüstlük naminə, çıxışlar zamanı iştirakçıların  hansı studiya və ya məktəbi təmsil etdikləri açıqlanmır (bu proses mükafatlandırma zamanı açıqlanır). Seçim iştirakçının qeydiyat nömrəsi ilə aparılır.

Münsiflər heyyəti Azərbaycanın Əməkdar artistləri və İncəsənət xadimləridirlər.