Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb (FOTO)


Digərləri 09 Okt 2018 17:44:00 307 0

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb (FOTO)

Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Bakı. NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin