ASGA sədri ATƏTin Vyanadakı tədbirində mühüm təkliflə çıxış etdi: “Bəlkə biz yeni bir mexanizm işləyib hazırlamalıyıq?”


Digərləri 09 Okt 2018 17:38:00 347 0

ASGA sədri ATƏTin Vyanadakı tədbirində mühüm təkliflə çıxış etdi: “Bəlkə biz yeni bir mexanizm işləyib hazırlamalıyıq?”

8-10 Oktyabr 2018-ci il tarixində Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in mənzil qərargahında "ATƏT regionunda insan haqlarının təbliği, birgə yaşayış və təhlükəsizlik məsələləri" mövzusunda ikinci dərəcəli zirvə toplantısı keçirilib.

Son.az 7news.az-a istinadən xəbər verir ki, tədbirdə iştirak edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet media eksperti Səbuhi Abbasov insan haqlarının təbliğində yeni mexanizmlərin hazırlanmasına ehtiyac duyulduğunu qeyd edib: "Məndən öncə çıxış edən natiqlərin fikirlərinə, yanaşmalarına diqqətlə qulaq asdım. Olduqca vacib məqamlara toxunuldu, bir çox mühüm təkliflər verildi. Bunlar hamsı gözəldir və növbəti mərhələ üçün zəruridir. Ancaq gəlin biz bir məqam üzərində dayanaq. Bugün biz insan haqlarının təbliği, birgə yaşayış və təhlükəsizlik məsələləri ilə bağlı hansı işlək mexanizmləri tətbiq edə bilmişik? Bugün dünyanın dörd bir tərəfində sırf siyasi və iqtisadi maraqlar naminə milyonlarla insanın haqları tapdalanır. Son 10 ildə "təhlükəsiz dünya" konsepsiyası adı altında böyük güclər öz şəxsi maraqlarına xidmət edən hərbi əməliyyatlar reallaşdırırlar. Bütün bu proseslərin fonunda təhlükəzis birgəyaşayış modelini necə tətbiq etmək olar? Biz bir çox hallarda tarixə nəzər salmırıq və yaxud tarixdə baş verən olaylardan nəticə çıxarmırıq. Biz tarixi səhvləri yenidən təhlil etməklə növbəti faciələrdən sığortalana bilərik. Prosesin ən təhlükəli tərəfi isə İKT inkişafı səbəbindən yaranan elementlərlə bağlıdır. Bugün sosial şəbəkələr dünyada baş verən proseslərə birbaşa təsir edir. İnsan haqlarının pozulması, təhlükəsizlik məsələləri sosial şəbəkələrdə hər gün azı milyon dəfə pozulur. İKT inkişafı mütləqdir, dəstəklənməlidir, amma prosesin təhlükəsizliklə bağlı olan tərəfi mütləq ciddi nəzarətə götürülməldir. Bəlkə biz yeni bir mexanizm işləyib hazırlamalıyıq, bəlkə vətəndaş cəmiyyətini bu prosesə fərqli qapıdan salmalıyıq?"