Sintizatorda düzgün ifa etmədiyi üçün musiqiçini bıçaqlayan müğənniyə hökm oxundu


Digərləri 09 Okt 2018 17:35:00 265 0

Sintizatorda düzgün ifa etmədiyi üçün musiqiçini bıçaqlayan müğənniyə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Əfsər İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Əfsər İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ə.İsmayılov 4 il azadlıqdan məhrum edilib. İttihama görə, 2016-cı ilin iyun ayının 21-də Bakı şəhəri, Nəsimi rayonu Moskva prospekti ərazisində yerləşən "Nar" kafesinin yanında, 66 saylı binanın yaxınlığında Ə.İsmayılov Asif İbadovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.