Jirnovski futbolçulara dəsrək oldu: "2 istedadlı futbolçunun


İdman 09 Okt 2018 16:45:00 339 0

Jirnovski futbolçulara dəsrək oldu: "2 istedadlı futbolçunun

Tanınmış siyasətçi futbolçuları müdafiə etdi Rusiya Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski Zenit-in hücumçusu Aleksandr Kokorinlə Krasnodar-ın yarımmüdafiəçisi Pavel Mamayevin yaratdığı qalmaqala münasibət bildirib.

Goal.az xəbər verir ki, partiya lideri futbolçuları müdafiə edib: “İki istedadlı futbolçunun həyatını məhv etmək istəyirsiniz? Onları itirə bilmərik. Fiziki zorakılığı müdafiə etmək fikrində deyiləm. Bütün ölkə iki gəncin üstünə düşüb. Onları məhv etməyə çalışırlar. Eduard Strelçovu yadınıza salın. O, bizim Pele idi. Həbsxanaya atdılar. Guya hansısa bir qadını zorlamışdı. Heç bir zorlama olmamışdı. Sadəcə, dahi futbolçu olan Strelçov Xruşovun xoşuna gəlmirdi. İndi Mamayevlə Kokorini həbsxana ilə hədələyirlər. Buna yol vermək olmaz”.Xatırladaq ki, adları çəkilən futbolçular 3 nəfərə xəsarət yetirib. Xəsarət alanlardan biri ranimasiya şöbəsinə yerləşdirilib. Olqa Uşakovanın sürücüsünü döyüblər. Həmin şəxsin hazırda reanimasiyada olduğu bildirilir.