AZAL və “HungaroControl” hava hərəkətini idarəetmə sahəsində əməkdaşlıq edəcəklər


Digərləri 09 Okt 2018 16:58:37 218 0

AZAL və “HungaroControl” hava hərəkətini idarəetmə sahəsində əməkdaşlıq edəcəklər

“HungaroControl”-un icraçı direktoru Kornel Szepeşinin (Kornél Szepessy) başçılıq etdiyi nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib.

Bakı. “HungaroControl”-un icraçı direktoru Kornel Szepeşinin (Kornél Szepessy) başçılıq etdiyi nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanda aeronaviqasiya sisteminin fəal inkişafı və innovasiya texnologiyalarının tətbiqini müşahidə edən Avropanın aeronaviqasiya xidməti strukturları AZAL-ın nəzdindəki “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) ilə əməkdaşlığa maraq göstərirlər. Qonaqlar yeni Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzi (ASEC) və “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsini (AZANS) ziyarət ediblər. Səfər zamanı aşağıda sadalanan sahələrdə gələcək əməkdaşlıq məqsədilə bir sıra məsələlər müzakirə olunub: - HHİ qüllələri üçün konseptual həllərin işlənib hazırlanması; - hava məkanının modelləşdirilməsi;