Azərbaycana təkrar səfər edən turistlərin çoxu ərəblərdir


Digərləri 09 Okt 2018 16:32:00 305 0

Azərbaycana təkrar səfər edən turistlərin çoxu ərəblərdir

Ötən illə müqayisədə bu il Birləşmiş Ərəb Əmirliyindən gələn turistlərin sayında azalma müşahidə edilir.

Son.az bildirir ki, bu barədə Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

N.Bağırovun sözlərinə görə, bu il Səudiyyə Ərəbistanı və Küveytdən gələn turistlərin sayı artıb. Ümumilikdə isə bu il Azərbaycana gələn turistlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz artım qeydə alınıb.