Qohumunu yumruqla öldürənə HÖKM OXUNDU


Digərləri 09 Okt 2018 16:26:00 249 0

Qohumunu yumruqla öldürənə HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu döyərək öldürməkdə təqsirləndirilən Vüqar Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Hüseynov 11 il azadlıqdan məhrum edilib.