BDU üç beynəlxalq reytinq siyahısında yer alıb (FOTO)


Digərləri 09 Okt 2018 15:44:00 255 0

BDU üç beynəlxalq reytinq siyahısında yer alıb (FOTO)

Böyük Britaniyanın “Quacquarelli Symonds” (QS) şirkəti ali məktəblərin beynəlxalq reytinq siyahısını açıqlayıb.

Bakı. Böyük Britaniyanın “Quacquarelli Symonds” (QS) şirkəti ali məktəblərin beynəlxalq reytinq siyahısını açıqlayıb. Bakı Dövlət Universitetindən (BDU) Trend-ə verilən məlumata görə, dünyanın 20 min top universitetini araşıdıran şirkət siyahıya yalnız 1000 top universiteti daxil edib. 2018-ci il sentyabr ayının nəticələrinə əsasən Azərbaycandan yalnız BDU reytinqdə 801+ yerdə qərarlaşıb. Reytinqin tərtib olunmasında akademik aləmdən olan ekspertlərin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında reputasiyası, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin sayı nəzərə alınır.