Sərhədçilər İrandan Azərbaycana narkotik daşınmasına imkan vermədilər - 4 nəfər saxlanıldı (FOTO)


Digərləri 09 Okt 2018 15:30:42 205 0

Sərhədçilər İrandan Azərbaycana narkotik daşınmasına imkan vermədilər - 4 nəfər saxlanıldı (FOTO)

Sərhədçilər İrandan Azərbaycana narkotik daşınmasına imkan vermədilər

Bakı. Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və pe­şəkarlığı sayəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriy­yədən çıxarılması təmin olunub. DSX-nin mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, həmin tarixdə saat 00:56 radələrində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonu Sım kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilmiş qoşun və əməliyyat-axtarış təd­bir­ləri nə­ti­cəsində İrandan Azərbaycana dövlət sərhədini pozaraq keçmiş İran vətəndaşı 1983-cü il təvəllüdlü Şahbazi Əkbər Dilavər sərhəd pozucusu qismində saxlanılıb.