Abşeronda qohumunu yumruqla öldürən şəxsə 11 il cəza verildi


Digərləri 09 Okt 2018 15:07:38 216 0

Abşeronda qohumunu yumruqla öldürən şəxsə 11 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu döyərək öldürməkdə təqsirləndirilən Vüqar Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu döyərək öldürməkdə təqsirləndirilən Vüqar Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Trend-in məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə V.Hüseynov 11 il azadlıqdan məhrum edilib.