Neftçi və Qəbələ cəzalandı


İdman 09 Okt 2018 14:04:00 290 0

Neftçi və Qəbələ cəzalandı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Goal.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 7-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb: 

“Neftçi” – “Sabah” matçının 75-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Slavko Braliç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Zirə” – “Qəbələ” matçı başa çatdıqdan sonra “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov oyun sonrası mətbuat konfransında iştirak etmədiyinə görə klub 800 manat cərimə olunub.