"Dedi yolum budur, başqa niyyətləri vardı"


Kriminal 09 Okt 2018 13:38:00 256 0

"Dedi yolum budur, başqa niyyətləri vardı"

Son.az xəbər verir ki, ARB TV-nin "Rezonans" proqramının növbəti buraxılışında həyat yoldaşını qətlə yetirən İlham Babayevdən bəhs edilib.

O, qətlin səbəbini tam açıqlamasa da, bunu yoldaşının işləmək istəməsindən baş verdiyini bildirib. İlham Babayev (Cəzası: 13 il) - Məhkum: "Masallı rayonundan gəlmişik. Özüm şəhərdə böyümüşəm. Mərdəkan qəsəbəsində. Mağaza dükanında satıcı işləmişəm. 2010-cı il, oktyabrın 16-sında hadisəni törətdim. Özümdən asılı olmayaraq, həyat yoldaşımı qətlə yetirdim. İstəmirəm tam səbəbi açıqlayım. Ehtiyac görmürəm səbəbləri yenidən açım. Mən nə qədər çalışdım ki, qarşısını alım, alınmadı.

Qohumlarına dedim ki, belə getsə, pis nəticə verəcək. Valideynləri dedi ki, nə bacarırsan elə. Gözəllik salonunun yanında baş verdi hadisə. Ətrafdakı patrula dedim ki, məni aparın polis şöbəsinə, insan qətlə yetirmişəm. Yoldaşım deyirdi ki, işləmək istəyirəm, mənim yolum budur. Kasıbçılığa görə deyildi, başqa niyyətlər var idi.


Xəbərə aid foto