Fenerbahçe Koku ilə yolları ayırır


İdman 09 Okt 2018 12:55:00 345 0

Fenerbahçe Koku ilə yolları ayırır

Goal.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, klub rəhbərliyi komandanın Türkiyə superliqasındakı uğursuz çıxışından sonra belə qərar verib. Fenerbahçe 8 turdan sonra turnir cədvəlində 15-ci pillədədir.

Fenerbahçe baş məşqçisi Filipp Kokunu istefaya göndərməyə hazırlaşır.

Hollandiyalı mütəxəssisin meneceri hazırda Fenerbahçe nümayəndələri ilə təzminat qiymətini müzakirə edir. Onun Koku və köməkçilərinə görə 3 milyon avro istədiyi bildirilib. İstanbul klubu isə hollandlara 1.2 milyon avrodan çox təzminat ödənməyəcəyini bildirib.