Şəhidlərin vərəsələri birdəfəlik ödəməni almaq üçün notariusa müraciət etməyə başlayıblar VİDEO


Digərləri 09 Okt 2018 12:48:00 282 0

Şəhidlərin vərəsələri birdəfəlik ödəməni almaq üçün notariusa müraciət etməyə başlayıblar  VİDEO

Bu gündən etibarən şəhid hərbi qulluqçuların vərəsələri birdəfəlik ödəməni almaq üçün notariusa müraciət etməyə başlayıblar.

Son.az report-a istinadən xəbər verir ki, 3 gün ərzində məlumat notarius orqanlarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndəriləcək. Nazirlik toplanmış məlumatları ayda bir dəfə  Maliyyə Nazirliyinə ödəmə üçün göndərəcək.

Şəhid vərəsələrinə birdəfəlik ödəniş olunması üçün bu il dövlət büdcəsindən 58 milyon manat vəsait ayrılıb.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ödəməni almaq üçün təqdim edilməli olan sənədlərin siyashısını açıqlayıb.