Sumqayıtdan Bakıya gələn 25 yaşlı oğlan "Şamaxı yolu"nda itkin düşdü


Digərləri 09 Okt 2018 12:36:00 243 0

Sumqayıtdan Bakıya gələn 25 yaşlı oğlan "Şamaxı yolu"nda itkin düşdü

Sumqayıt şəhər sakini Bakıda itkin düşüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində yaşayan, 1993-cü il təvəllüdlü Hüseynzadə İlkin Alim oğlu sentyabrın 30-da Bakının Yasamal rayonu, Moskva prospektində "Şamaxı yolu" adlanan ərazidə avtobusdan düşərək naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsində araşdırma aparılır.