Bakıda orta məktəb müəllimləri ilə dərslik müəlliflərinin görüşlərinə başlanıldı


Digərləri 09 Okt 2018 12:39:00 291 0

Bakıda orta məktəb müəllimləri ilə dərslik müəlliflərinin görüşlərinə başlanıldı

Təhsil nazirinin "Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə" əmrindən irəli gələn tələblərin icrası istiqamətində öyrədici seminarların və dərslik müəllifləri ilə görüşlərin keçirilməsinə başlanılıb.

Son.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, bu tədbirlərin cari ilin sonunadək davam etdirilməsi planlaşdırılır.

Seminarların əsas məqsədi müəllimlərə dərsliklərinin konsepsiyasını izah etmək, dərsliklə iş, iş dəftərlərindən istifadə, tədris zamanı qarşıya çıxan çətinliklərin və problemlərin həlli yollarını tapmaqdır.