"Həbib dostumdur, Ermənistana hörməti var"


Digərləri 09 Okt 2018 11:50:00 398 0

"Həbib dostumdur, Ermənistana hörməti var"

Həbib Nurməhəmmədov qarışıq döyüş növlərinin canlı əfsanəsi, məğlubiyyət bilməyən döyüşçüdür. O, mənim dostumdur. Onun Ermənistana da hörməti var.

Erməni güləşçi, sosial şəbəkələrdə "Maestro Miqran" kimi tranınan Miqran Edikoviç Harutyunyan İnstagram profilində belə yazıb.

Son.az bildirir ki, Ermənistanın Eçmiədzin şəhərində doğulmuş 29 yaşlı Miqran Harutyunyan Rusiya vətəndaşlığını qəbul edib. O, ötən ilin avqustun 30-da abxaz müğənni Maktina Bebiya ilə evlənib.

Yunan-Roma güləşi ilə məşğul olmuş M.Harutyunyan 2015-ci ildə Bakıda keçirilmiş 1-ci Avropa Oyunlarında və 2016-cı ildə Rio-de-Janeyrodakı Olimpiya Oyunlarında 66 kq çəki dərəcəsində gümüş medallar qazanıb.


Xəbərə aid fotolar