Bakıda orta məktəb müəllimləri ilə dərslik müəlliflərinin görüşlərinə başlanıldı


Digərləri 09 Okt 2018 11:18:17 188 0

Bakıda orta məktəb müəllimləri ilə dərslik müəlliflərinin görüşlərinə başlanıldı

Təhsil nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrindən irəli gələn tələblərin icrası istiqamətində öyrədici seminarların və dərslik müəllifləri ilə görüşlərin keçirilməsinə başlanılıb.

Bakı. İlhamə İsabalayeva - Təhsil nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrindən irəli gələn tələblərin icrası istiqamətində öyrədici seminarların və dərslik müəllifləri ilə görüşlərin keçirilməsinə başlanılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, bu tədbirlərin cari ilin sonunadək davam etdirilməsi planlaşdırılır.