Salyan dəmir yolu qovşağında kompleks mülki müdafiə təlimi keçirilib (FOTO)


Digərləri 09 Okt 2018 10:11:00 263 0

Salyan dəmir yolu qovşağında kompleks mülki müdafiə təlimi keçirilib (FOTO)

Salyan dəmir yolu qovşağının ərazisində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsi” mövzusunda növbəti kompleks mülki müdafiə təlimi keçirilib.

Bakı. Salyan dəmir yolu qovşağının ərazisində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsi” mövzusunda növbəti kompleks mülki müdafiə təlimi keçirilib. Təlim Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması Qaydaları”na və “Azərbaycan Dəmir Yolları” QSC-nin 2018-ci il üçün mülki müdafiə tədbirlər planına müvafiq olaraq təşkil edilib. QSC-dən Trend-ə verilən məlumata görə, məqsəd fövqəladə hal baş verdikdə xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı mülki müdafiə qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması üçün şəxsi heyətə praktik vərdişlərin aşılanmasıdır. Təlim zamanı komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına xüsusi diqqət yetirilib. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sədri yanında hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyinin təşkilatçılığı ilə keçirilən təlimə qovşağın Fövqəladə Hallar Komissiyasının üzvləri, obyekt rəhbərləri və mülki müdafiə qüvvələri cəlb edilib.