Samsung şirkəti adından istifadə edən dolandırıcılar peyda olub


Digərləri 09 Okt 2018 10:00:00 276 0

Samsung şirkəti adından istifadə edən dolandırıcılar peyda olub

Samsung şirkəti adından istifadə edən dolandırıcılar peyda olub.

Bir müddət öncə Samsung şirkətinin adından istifadə edərək əhalidən dolandırma yolu ilə pul alan şəxslər barədə məlumat yayılıb. Sadə fırıldaq sxemi üzərində qurulan bu yalan bir neçə vətəndaşın maddi durumuna ziyan vurub. Bu şəxslər evlərə gələrək və ya ictimai yerlərdə vətəndaşlara "yeni mağazanın açılması" münasibəti ilə ödənişin bir hissəsinin elə yerindəcə edilməsi müqabilində böyük endirim vəd edirlər. Bu oyunun qurbanı olan vətəndaşlar ilkin ödənişi etdikdən sonra "satıcılar" ya qeyb olurlar, ya da şirkət məhsulu əvəzinə mənşəyi məlum olmayan texnika təqdim edirlər.

Bu şəxslərə aldanmayın!