Ən yaxşı startap komandası olan ali təhsil müəssisələri bəlli oldu


Digərləri 09 Okt 2018 10:08:42 204 0

Ən yaxşı startap komandası olan ali təhsil müəssisələri bəlli oldu

Bu gün "İdeyadan Biznesə" layihəsi çərçivəsində ali təhsil müəssisələrinin tələbələrindən ibarət komandaların startap layihələri yarışıb.

Bakı. Bu gün "İdeyadan Biznesə" layihəsi çərçivəsində ali təhsil müəssisələrinin tələbələrindən ibarət komandaların startap layihələri yarışıb. Yarışda Bakı Dövlət, Azərbaycan Texniki, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan Mühəndislik, ADA, Azərbaycan Dövlət Neft və Sənaye universitetlərinin tələbələri iştirak edib. Tələbələrdən ibarət 15 komandanın hər biri 3 dəqiqə ərzində öz layihəsini münsiflər heyəti qarşısında təqdim edib. Münsiflər layihələri “İdeya”, “İnnovasiyalar”, “Texnologiyalar” və “Mümkünlük” kriteriləri üzrə qiymətləndiriblər.