"Prava" almaq adı ilə 10dan çox adamı aldatdı TƏFƏRRÜAT


Digərləri 09 Okt 2018 09:58:00 234 0

"Prava" almaq adı ilə 10dan çox adamı aldatdı  TƏFƏRRÜAT

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azər Əzizovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. 

İttihama münasibət bildirən A. Əzizov özünü təqsirli bilib. 

O, zərərçəkmişlərə vurulan ziyanı ödəyəcəyini deyib. 

İttihama görə, indiyədək dörd dəfə məhkumluq həyatı yaşamış A. Əzizov qonşusu, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət aparan, kapitan Səməd Səmədovun qardaşı Fizuli Səmədliyə sürücülük vəsiqəsi lazım olduğunu eşidərək, onunla münasibət qurub.