Şəki sakinləri üçün oftalmolji müayinələr keçiriləcək


Digərləri 09 Okt 2018 09:25:00 249 0

Şəki sakinləri üçün oftalmolji müayinələr keçiriləcək

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası 11 oktyabr - Ümumdünya Görmə Günü münasibətilə növbəti aksiyasını Şəki şəhərində keçirəcək.

Bakı. İlhamə İsabalayeva - Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası 11 oktyabr - Ümumdünya Görmə Günü münasibətilə növbəti aksiyasını Şəki şəhərində keçirəcək. Mərkəzin elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva Trend-ə bildirib ki, aksiya oktyabrın 11-12-də təşkil olunacaq. Aksiyanın məqsədi Şəki sakinlərinin gözləri ilə bağlı yaranan problemlərinin həllinə kömək göstərmək, onları vaxtında müayinə və müalicə etmək, ehtiyac yarandığı zaman isə cərrahiyyə əməliyyatı etməkdir.