Daşınmaz əmlakın səyyar qeydiyyat xidmətləri Mehdiabad sakinləri üçün göstəriləcək


Digərləri 09 Okt 2018 08:48:00 326 0

Daşınmaz əmlakın səyyar qeydiyyat xidmətləri Mehdiabad sakinləri üçün göstəriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi rahatlığı təmin edərək daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bütün xidmətləri vətəndaş ünvanlarında göstərməkdə davam edir.

Son.az Trend-ə istinadən bildirir ki, hər həftə ayrı-ayrı kənd və qəsəbələrdə keçirilən "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" sosial kampaniyasının bu həftəki ünvanı Abşeron rayonu, Mehdiabad qəsəbəsidir.

Belə ki, 8-12 oktyabr tarixlərində saat 09:00-dan 17:00-dək komitə əməkdaşları tərəfindən vətəndaşlara qanunvericiliyə uyğun olaraq səyyar xidmətlər göstəriləcək. Sosial aksiya çərçivəsində sakinlər vaxt itirmədən elə yaşadıqları qəsəbədə yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklar ilə bağlı qeydiyyat xidmətlərindən yararlana bilər. Müraciət etmək və ya hüquqi məsləhətlər almaq üçün Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsi, 18 (Mehdiabad İcra Nümayəndəliyinin qarşısında) ünvanındakı mobil ofislərə yaxınlaşmaq kifayətdir.