Venesuelada inflyasiya ilin əvvəlindən 81000 faizi ötüb


Digərləri 09 Okt 2018 08:04:00 306 0

Venesuelada inflyasiya ilin əvvəlindən 81000 faizi ötüb

Venesuelada ilin əvvəlindən sentyabrın sonuna qədər olan inflyasiya göstəricisi 81000% təşkil edib, ilin sonuna qədər bu, 1000000% olacaq.

Son.az "Report"a istinadən bildirir ki, bu məlumatları bazar ertəsi Milli Assambleyanın (Birpalatalı parlament) Maliyyə Komitəsinin rəhbəri, deputat Rafael Qusman açıqlayıb.

"Biz Maliyyə Komitəsindən sentyabr inflyasiyası üzrə məlumatları elan edirik: ay ərzində 233,3%, ilin əvvəlindən 81043%, ilin sonunadək proqnoz isə 1030281% təşkil edir. Heç şübhəsiz, hökumətin [iqtisadi] tədbirləri iflasa uğradı və böhranı dərinləşdirdi", - deyə Qusman "Twitter"də yazıb.