Venesuelada qaz kəmərində partlayış baş verib FOTO


Dünya 09 Okt 2018 08:10:00 353 0

Venesuelada qaz kəmərində partlayış baş verib  FOTO

Bazar ertəsi Venesuelanın şimalında yerləşən Araqua ştatının Markay rayonu ərazisindən keçən qaz kəmərində əvvəlcə partlayış, ardınca isə yanğın baş verib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Nacional" qəzeti məlumat yayıb.

Bildirilir ki, yerli hakimiyyət dairələri hadisə baş verən yerə yaxın olan iki yaşayış məntəqəsinin sakinlərini təxliyyə edib. Əhali arasında zərər çəkənlərin olub-olmaması barədə məlumat yoxdur.


Xəbərə aid fotolar