Uşaqlarda vegetativdamar distoniyası xəstəliyi


Digərləri 09 Okt 2018 07:41:00 294 0

Uşaqlarda vegetativdamar distoniyası xəstəliyi

Bu da uşaqlar arasında geniş yayılmış ürək-damar xəstəliklərindən biridir. Xəstəlik o qədər müxtəlif formalarda özünü büruzə verir ki, çox vaxt həkimlər də düzgün diaqnoz qoymaqda çətinlik çəkirlər.

Vegetativ-damar distoniyası zamanı ən tez-tez rast gəlinən simptomu nəqliyyatda gediş zamanı, hava dəyişməsində, yorulma və s. zamanı baş verən baş ağrılarıdır. Belə uşaqlarda ürəkgetmə də ola bilər. Bu zaman əvvəl uşağın gözləri qaralır, qulaqlarında küy, başgicəllənmə əmələ gəlir, sonra uşaq huşunu itirərək yıxılır. Bir neçə dəqiqədən sonra uşağın huşu bərpa olunur, lakin halsızlıq, yuxululuq davam edir. Belə uşaqlar mütləq nevropatoloq və kardioloq tərəfindən müayinə olunmalıdırlar.

Vegetativ-damar distoniyasında arterial təzyiqin həm qalxması, həm də enməsi müşahidə olunur. Arterial təzyiqi yuxarı və ya aşağı olan uşaqları da həkim kardioloqa göstərmək lazımdır. Arterial təzyigin yuxarı normaları (bu rəgəmlərdən yuxarı olmamalıdır) 7-9 yaşlarda 125/75 mm c.st, 10-13 yaşlarda 130/80 mm c.st, 14-17 yaşlarda 135/85 mm c.st hesab olunur. Böyüklərdə yuxarı norma 130/80 mm c.st hesab edilir.