Sonuncu Hitler üzə çıxdı Adolfun qardaşı oğlu ilk dəfə DANIŞDI


Digərləri 08 Okt 2018 23:27:00 261 0

Sonuncu Hitler üzə çıxdı  Adolfun qardaşı oğlu ilk dəfə DANIŞDI

Almaniyanın "Bild" qəzeti alman diktator Adolf Hitlerin sonuncu qohumlarını tapıb.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, Aleksandr Stüart Hyüston ABŞ-ın Nyu-York şəhərində yaşayır və Adolf Hitler onun ulu əmisi sayılır.

Qəzetin müxbiri Aleksandrın Nyu-Yorkdakı Lonq Aylanddakı evində qonağı olub. Nasist liderin iki nəsil sonra qardaşı oğlu olan Aleksandr həyatından danışıb.

63 yaşlı Hyüston illərdir bu sirlə yaşadığını və iki qardaşının olduğunu bildirib. Brayan və Luis də Nyu-Yorkda yaşayır. Aleksandr pensiyaçıdır. O, beşik adının Adolf olduğunu bildirib:

"Dünyada ən sevmədiyim insan Donald Trampdır. Mənim favoritim deyil. Bəzi şeyləri yaxşıdır amma münasibəti və düşüncə tərzi məni narahat edir. Mənim yalançılardan zəhləm gedir".