ABŞın sanksiyaları Koreya Respublikasının İranla ticarətinə böyük zərbə vurub


Dünya 08 Okt 2018 23:03:00 212 0

ABŞın sanksiyaları Koreya Respublikasının İranla ticarətinə böyük zərbə vurub

ABŞ-ın sanksiyaları Koreya Respublikasının İranla ticarətinə böyük zərbə vurub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Bildirilir ki, ABŞ-ın İrana qarşı sanksiyaları Koreya Respublikasının İranla ticarətinə böyük zərbə vurub. Belə ki, cari ilin 8 ayı ərzində Koreya Respublikasının İrana ixracı 21,9 faiz, bu ölkədən idxalı isə 23,7 faiz azalıb.

Xatırladaq ki, Koreya Respublikası iyun ayından bəri İrandan xam neft idxalını dayandırıb. Ölkənin İranla neft ticarətini dayandırmasına səbəb kimi ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar göstərilir.