Tanınmış pediatr: Uşaq bezləri oğlanlar üçün...


Digərləri 08 Okt 2018 23:05:00 357 0

Tanınmış pediatr: Uşaq bezləri oğlanlar üçün...

Vaxtaşırı olaraq KİV-lərdə bezlərin uşaqların və xüsusilə oğlanların sağlamlığına olan mənfi təsiri haqqında məlumatlar yayılır.

Tanınmış ukraynalı pediatr, tibb elməli namizədi, çoxsaylı kitabların və televiziya verlişlərin müəllifi Evgeniy Komarovskinin fikrinə görə, uşaq bezləri tam ziyansız sayıla bilər. Bu həm qız, həm də oğlanlara aiddir. Son.az saglamolun.az-a istinadən həkimin bu haqda bəzi fikirlərini sizə təqdim edir.

Pediatrın fikrinə görə, bezlərdən istifadə heç bir halda oğlanlarda sonsuzluğa səbəb ola bilməz. Bunun bir neçə səbəbi var. İlk növbədə spermatogenez prosesi yalnız 7 yaşdan sonra və hətta daha gec başlayır. Təbii ki, bu yaşlarda bezlərdən istifadə olunmur.

Bundan əlavə bezlərdə bədən temperaturu yalnız 1 dərəcə artır. Bu isə kişi cinsiyyət sistemində heç bir mənfi dəyişikliyə səbəb ola bilməz. Elmi araşdırmalar göstərib ki, belə dəyişikliklər kişi cinsiyyət orqanlarında hərarət 45 dərəcəyə (!) çatdıqda baş verməyə başlayır, spermatozoidlərin aktivliyi azalır. Lakin bu dəyişikliklər də müvəqqəti xarakter daşıyır.