Yasamal qəbiristanlığı tullantılarla dolubdaşır VİDEO
Digərləri 08 Okt 2018 22:50:00 232 0
Plastik su şüşələri. İstifadə edilmiş sement kisələri. Və topa-topa yığılaraq günlərlə qalan digər tullantılar. Bura paytaxtın mərkəzinə ən yaxın yerləşən Yasamal qəbiristanlığıdır. Son.az bildirir ki, qəbiristanlıq baxımsızlıqdan tullantılar məskəninə çevirilib.
Çəkiliş apardığımız zaman məlum oldu ki, bu tullantıların əksəri elə qəbirləri təmir edənlər vəziyarətə gələnlər tərəfindən atılır. Qəbirlər qurulan zaman istifadə edilən torpaq, qum, daşlar və digər materialların artığı elə orayaatılır. Bu isə xoş olmayan görüntü yaradır.
Yasamal qəbiristanlığının müdiri Elçin Soltanov bildirdi ki, onlar burdakı yolun təmizliyinə cavabdehdilər. Gündəlik olaraq həmin hissələr təmizlənir. O ki, qaldı qəbirlərin arasına yığılan tullantıların təmizlənməsinə, Elçin Soltanov deyir ki, həmin zibilləri qəbir sahibləri özləri təmizlətməlidir.
Mənbə: milli.az