Yer üzündəki cənnət FOTO


Digərləri 08 Okt 2018 22:41:00 336 0

Yer üzündəki cənnət  FOTO

Adrenalin, təbiət, yağış həvəskarları üçün Sri Lanka doğru ünvan ola bilər. Səyahətə çıxanlar mütləq bu ölkəyə baş çəkməlidir. "Skylife" dərgisi köhnə adı Seylon olan çayın 3-cü vətənindən (Hindistan və Çindən sonra) maraqlı fotoreportaj hazırlayıb.

Son.az sizi Asiyanın ən ekzotik ölkələrindən olan Şri Lankaya "virtual səyahət"ə aparır.

Cənubi Asiyada, Hindistanın 31 km cənubunda yerləşən Şri Lanka adasında 21 milyon əhali yaşayır.

Okean, dağlar, yamyaşıl tropik meşələr, antik şəhərlər, dupduru suyu olan çimərliklər, vəhşi heyvanların mühafizə olunması və daha nələr Şri Lankanı xarakterizə edən ozəlliklərdir.

Şri Lankanın müqayisəolunmaz gözəlliyini təsvir etmək çətindir. Özünəməxsus yaşıllıqları, möhtəşəm mənzərələri var. Təsadüfi deyil ki, məşhur italyan səyyahı Marko Polo Şri Lankanı dünyanın ən gözəl yeri adlandırıb.