Güzəştli şərtlərlə gübrə verilişində problem nədir? VİDEO


Digərləri 08 Okt 2018 22:47:00 282 0

Güzəştli şərtlərlə gübrə verilişində problem nədir?  VİDEO

Şəkidə vətəndaşlar güzəştli şərtlərlə gübrə ala bilmədiyindən gileylənirlər.

Son.az bildirir ki, sakinlərin sözlərinə görə, bir neçə dəfə siyahı hazırlansa da hər dəfə tərtib edilən siyahı dəyişdirilir, sakinlər get-gələ salınır. Sentyabr ayında növbəyə dayanıb hələ də gübrə ala bilməyənlər var.

Sakinləri narahat edən səbəblərdən biri də odur ki vaxtında Aqrolizinqdən 15 manata gübrə almasalar onda bazardan 25 manata almalı olacaqlar. Bu da onlara sərf etmir.

Regional nümayəndəlik isə məsuliyyəti fermer və sakinlərin üzərinə atırlar.