Pizza daşıyırdı, milyonçu oldu 26 yaşlı gəncin uğur hekayəsi FOTO


Digərləri 08 Okt 2018 22:29:00 281 0

Pizza daşıyırdı, milyonçu oldu  26 yaşlı gəncin uğur hekayəsi  FOTO

26 yaşlı Ben Frensis 6 il əvvəl ailəsinin qarajından istifadə edərək idman geyim markasını qurub.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, internet vasitəsilə satışlarını həyata keçirən şirkət bu gün illik 130 milyon dollar gəlir əldə edir.

Frensis İngiltərənin Birmingem şəhərində yaşayır. O, Aston universitetində təhsil aldığı dövrdə dərsdən sonra axşamlar pizza daşıyırdı. Bundan başqa internet dizayn ilə maraqlanır, yeni məhsullar axtarışına çıxırdı. 2 ildən sonra onun yaratdığı brend ildə 320 min dollar qazanc əldə etdi. Frensis həm təhsili, həm də pizza dünyasını buraxdı.

Ben əvvəlcə avtomobil dövlət nömrə nişanları satan internet saytı qurdu. Sonra isə "iPhone" üçün iki fərqli fitnes tətbiqini satışa çıxardı. Frensis əvvəlcə internet  vasitəsilə fitnes fanatlarına qida və vitaminlər satmağa başladı. Sonra isə daha xeyirli iş axtarışına çıxdı.