Ağdaşdan Qəbələyə dəmir yolu xətti çəkilir VİDEO


Digərləri 08 Okt 2018 22:11:00 214 0

Ağdaşdan Qəbələyə dəmir yolu xətti çəkilir  VİDEO

Azərbaycanda turizm mərkəzlərinə dəmir yolu çəkilişi üzrə işlər davam edir. Bakı-Böyükkəsik dəmir yolundan ayrılaraq Qəbələ istiqamətinə çəkilən yeni yolda işlərə start verilib.

Son.az bildirir ki, Qəbələyə yol Ləki stansiyasından dönməklə çəkiləcək. Əvvəlcə Bakıdan Ləki stansiyasınadək, sonra Ləkidən sağ tərəfə çıxıb, Ağdaşın ərazisindən keçməklə Qəbələnin hava limanına qədər gediləcək. Dəmir yolunun çəkilişi üçün tikinti materealları qərb və şimal-qərb bölgəsindən gətirilir.

Dəmir yol xəttinin 20 km-lik məsafəsi Qəbələ rayonunda daglıq əraziyə düşür. Sözü gedən ərazidə işlərin aparılması üçün layihə hazırlanıb, torpaq sahəsi ayrılıb və ərazidə işlərə start verilib.