Payızda dərinizə belə qulluq edin


Digərləri 08 Okt 2018 21:35:00 279 0

Payızda dərinizə belə qulluq edin

Soyuq havaların düşməsi dəriyə bir qədər də qulluq tələb edir. İsti havaya nisbətən soyuq və şaxtanın dəriyə daha pis təsir etdiyinə görə, xüsusilə bu mövsümdə məsləhətlər yerinə düşür. 

Son.az axşam.az-a istinadən payızda dəriyə qulluq haqda məlumat verir:

Payızda dəriyə kosmetik qulluğun başlıca məqsədi onun ağardılması və qışa hazırlığıdır. Bunun üçün xiyar, limon şirəsi, baş soğan və qırmızı qarağat tərkibli maskalardan istifadə etmək olar. Payız vaxtı quru dəri üçün, xüsusilə təbiətin təsirindən sonra parafin-yağ maskalarının istifadəsi məsləhət görülür. Üzə və boyun nahiyəsinə zeytun və ya günəbaxan yağı çəkilir, maskalar həftədə iki dəfə bir kursu cəmi 8-10 prosedur olmaqla aparılır. Quru və solğun dəri üçün həmin maska yaxşı hazırlıq olacaq.

Payızda normal və yağlı dərinin təmizlənməsi üçün bəzi losyonlar hazırlayıb istifadə etmək olar. Hərəsindən 2 çay qaşığı qırmızı qızılgülün qurumuş ləçəkləri və solmazçiçəyinin çiçəkləri 100 qram 3 faizli sirkədə saxlanılır, ikiqat tənzifdən keçirilir. Həmin məhlulu uzun müddət saxlayıb tətbiq etmək mümkündür. Yağlı dəri üçün 100 ml distilə olunmuş suya 1 çay qaşığı məhlul və 5 qram şorbit, quru dəri üçün isə 1-2 çay qaşığı məhlul və 1-2 çay qaşığı qliserin tökülərək dəri həmin qarışıqla silinir.