Nazir müavini: "TAP Albaniyada çoxsaylı obyektləri qazla təmin etməyə imkan verəcək"


Digərləri 08 Okt 2018 20:40:00 287 0

Nazir müavini: "TAP Albaniyada çoxsaylı obyektləri qazla təmin etməyə imkan verəcək"

Transadriatik qaz kəməri (TAP) Albaniyada çoxsaylı obyektləri qazla təmin etməyə imkan verəcək.

Son.az bildirir ki, bu barədə Trend-ə Albaniya infrastruktur və energetika nazirinin müavini Enis Aliko deyib.

O bildirib ki, TAP konsorsiumu Fieri şəhərinin yaxınlığında boru kəmərinin çıxış nöqtəsini tikəcək:

"Bu, Albaniyaya TAP vasitəsilə qaz almağa imkan verəcək. Bu, həmçinin qazla işləyən Vlyora elektrik stansiyasının işini bərpa etməyə kömək edəcək".