Rusiyalı ekspert: “Qarabağ klanı” Ermənistanda yenidən hakimiyyətə gələ bilər"


Dünya 08 Okt 2018 20:48:00 335 0

Rusiyalı ekspert: “Qarabağ klanı” Ermənistanda yenidən hakimiyyətə gələ bilər"

Ermənistanda indiki qeyri-sabit vəziyyət kəskin siyasi rəqabət fonundan yenidən ciddi iğtişaşlara səbəb ola bilər.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bunu rusiyalı ekspert və publisist Dmitri Verxoturov deyib.

Ekspertin sözlərinə görə, Ermənistanın gələcək siyasi kursu və ümumilikdə gələcəyi sual altındadır: "Təbii ki, Qarabağın Ermənistanın tərkibinə qatılmasının tərəfdarları Azərbaycanla danışıqlara istənilən yollarla mane olmağa çalışacaq. Ona görə də təəccüblü deyil ki, Düşənbədəki danışıq cəhdini bu dairələr narahatlıqla qarşılayıb".