Gömrükdə əməliyyat: gizlədilmiş mobil telefonlar və aksesuarları aşkar edildi


Digərləri 08 Okt 2018 19:40:00 275 0

Gömrükdə əməliyyat: gizlədilmiş mobil telefonlar və aksesuarları aşkar edildi

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Kia Optima" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.


Xəbərə aid fotolar