Cəlilabada baş verən qətlin təfərrüatı məlum olub


Digərləri 08 Okt 2018 19:08:00 267 0

Cəlilabada baş verən qətlin təfərrüatı məlum olub

Cəlilabad rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

Son.az report-a istinadən xəbər verir ki, hadisə qısqanclıq zəmnində baş verib. 

Belə ki, rayonun Privolnoye kənd sakini, 1984-cü il təvəllüdlü Gülbala Rauf oğlu Quliyev həmkəndlisi, 1984-cü il təvəllüdlü Ceyhun Dədəkişi oğlu Novruzovu yaşadığı evə çağıraraq onunla mübahisə edib. Mübahisə zamanı G.Quliyev C.Novruzovun ürək iki bıçaq zərbəsi vuraraq onu qətlə yetirib və Cəlilabad Rayon Polis Şöbəsinə gələrək təslim olub.  

Şübhəli şəxs qismində saxlanılan G.Quliyev istintaqa ilk ifadəsində Ceyhun Novruzovu keçmiş həyat yoldaşı ilə münasibətinin olduğunundan şübhələnərək qətlə yetirdiyini bildirib.