Mobil telefonlar və aksesuarları aşkar edilib (FOTO)
Digərləri 08 Okt 2018 17:38:39 227 0
Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Kia Optima" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Bakı.
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Kia Optima" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.
Mənbə: az.trend.az