Cinayət aləmi krallarının həyat yoldaşları


Dünya 08 Okt 2018 16:31:00 318 0

Cinayət aləmi krallarının həyat yoldaşları

Bir deyimə görə, uğurlu nikah kişinin uğurunun təməlidir. Bütün dünya ölkələri başçılarının həyat yoldaşlarını hamı tanıyır. Amma cinayət aləmi krallarının həyat yoldaşları barədə məlumat çox azdır.

Son.az ölkə.az-a istinadən oxucularına dünya kriminal aləmi krallarının həyat yoldaşları barədə məlumatları təqdim edir:

1. "Qara dul"

2017-ci ilin sonunda Rio-de-Janeyro şəhərində narko baron Antonio Bonfima Lopesin həyat yoldaşı Danubiya Ranjel həbs edilib. Antonio 2011-ci ildən həbsdədir və 12 il müddətinə azadlıqdan məhrum edilib.

Antonio həbsdə olduğu müddətdə onun işləri ilə arvadı məşğul olub. Amma tezliklə Danubiya yeni dəstə başçısı tərəfindən qovulub.