İran Azərbaycanla baytarlıq məhsullarının ticarətinin sadələşdirilməsində əməkdaşlıq etməkdə marqlıdır


Digərləri 08 Okt 2018 16:18:58 313 0

İran Azərbaycanla baytarlıq məhsullarının ticarətinin sadələşdirilməsində əməkdaşlıq etməkdə marqlıdır

İran Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə baytarlıq sahəsinə aid məhsulların ticarətinin sadələşdirilməsi üzrə əməkdaşlıq etməkdə maraqlıdır.

Bakı. İran Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə baytarlıq sahəsinə aid məhsulların ticarətinin sadələşdirilməsi üzrə əməkdaşlıq etməkdə maraqlıdır. Trend-in məlumatına görə, bunu İranın Baytarlıq Təşkilatının sədri Əlirza Rəfipur İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin baytarlıq qurumlarının rəhbərlərinin iclasında çıxışı zamanı deyib. İclası problemlərin aradan qaldırılması üçün fürsət adlandıran İran rəsmisinin sözlərinə görə, məhsulların gigiyenik sağlamlığı haqda lisenziya mübadiləsi, bufer zonalarda xəstəliklərə nəzarət vacıb məsələlərdəndir.