Bakıda 100ə yaxın avtobusda pulsuz "WiFi" olacaq


Digərləri 08 Okt 2018 15:59:00 228 0

Bakıda 100ə yaxın avtobusda pulsuz "WiFi" olacaq

"Xaliq Faiqoğlu" nəqliyyat şirkətinin 100-ə yaxın avtobusu ödənişsiz "Wi-Fi" xidməti ilə təmin olunacaq.

Son.az bildirir ki, bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Qeyd olunur ki, söhbət 18, 61, 65 və 85 saylı marşrutlar üzrə hərəkət edən avtobuslardan gedir:

"Hazırda ödənişsiz xidmət 18, 65 və 85 saylı marşrutlarla hərəkət edən "Isuzu Citiport" avtobuslarında sınaq rejimində işə salınıb. Əgər tələb olarsa, biz bu xətlər üzrə xidməti genişləndirəcək, eləcə də 61 saylı marşrut avtobuslarına tətbiq edəcəyik".