İntihara cəhd edən Hadisənin anası danışdı


Digərləri 08 Okt 2018 14:51:00 253 0

İntihara cəhd edən Hadisənin anası danışdı

Bir müddət əvvəl müğənni Hadisənin anası Gülnihal Açıkgöz intihara cəhd etmişdi. Baş verənlərdən sonra ifaçı bacıları ilə əlaqələrini kəsmişdi. Son.az axşam.az-a istinadən xəbər verir ki, müğənninin anası baş verənlərdən sonra ilk dəfə danışıb. Hər şeyin yaxşı olduğunu bildirən Açıkgöz bacıların barışacağı haqda suala "Küsülü deyillər, elə bir şey yoxdur" cavabını verib. Müğənninin kiçik bacısı Dərya Açıkgöz isə açıqlamasında bu sözləri deyib: "O, mənim bacımdır. Birlikdə işləməsək də hər mövzuda bir-birimizə kömək etməliyik. Hələ də görüşürük. Yeni başlayan "O səs Türkiyə" verilişini də izləyirik".