Bakıda kişi onunla cinsi əlaqədə olmaqdan imtina edən keçmiş arvadını öldürdü


Digərləri 08 Okt 2018 14:40:00 306 0

Bakıda kişi onunla cinsi əlaqədə olmaqdan imtina edən keçmiş arvadını öldürdü

Hadisə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Xətai rayon sakini, 1983-cü il təvəllüdlü Xosrov Elman oğlu Məmmədov küçənin ortasında keçmiş həyat yoldaşı, Qaraçuxur qəsəbəsində yaşayan 33 yaşlı Əfsanə Fəxrəddin qızı Məmmədovanı bıçaqla qətlə yetirib.

X.Məmmədov ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq rayon prokurorluğuna təhvil verilib. İlkin dindirmələr zamanı qətlin motivi məlum olub.

Belə ki, Əfsanə Məmmədova ilə Xosrov Məmmədov bir müddətdir ki, boşanıblar, birgə nikahdan övladları da var. Ancaq boşansalar da Xosrov Əfsanədən əl çəkməyib və zorla onunla cinsi əlaqədə olmaq istəyib.