Avtomobillərdən oğurluq edənlər saxlanıldılar


Digərləri 08 Okt 2018 14:42:00 224 0

Avtomobillərdən oğurluq edənlər saxlanıldılar

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

DİN-dən Son.az-a verilən məlumata görə, Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-də H.Mənsimovun "Mercedes" markalı avtomobilindən 2500 manatını oğurlamaqda şübhəli bilinən Samux rayon sakini Mirhəşim Seyidov saxlanılıb.

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oktyabrın 3-də rayon sakini A.Salmanovanın "Nissan" markalı avtomobilindən 45 manatını və mobil telefonunu oğurlamaqda şübhəli bilinən şəhər sakini Elməddin Əmiraslanov saxlanılıb.