Ermənistanda keçmiş deputat həbs edildi


Dünya 08 Okt 2018 14:38:52 213 0

Ermənistanda keçmiş deputat həbs edildi

Ermənistan parlamentinin keçmiş deputatı Levon Sarkisyan on il əvvvəl törədilən cinayətə görə həbs edilib.

Son.az report-a istinadən xəbər verir ki, məlumatı ölkənin Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti yayıb.

Bildirilib ki, 2008-ci ilin oktyabrında Ermənistan Dövlət Gömrük Komitəsinin keçmiş başçısı Armen Avetsyanın malikanəsinə silahlı hücum edilib.

"Ayaqqabı şəhəri" Açıq Səhmdar Cəmiyyətinin təsisçisi Ara Karapetyan və Yerevanın Nor-Nork rayonunun keçmiş polis rəisi Armen Nikoqosyanın yaratdığı bandit dəstəsinin 10 üzvü bu cinayətə görə 2011-ci ilin mayında 15 il müddətinədək azadlıqdan məhrum edilib.